BDU-da vəzifə verilən şəxs Məzahir Pənahovun qardaşı imiş
    • 5-10-2019, 22:57
    • 3 232

BDU-da vəzifə verilən şəxs Məzahir Pənahovun qardaşı imiş

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetində növbəti kadr dəyişikliyi aparılıb.

Universitetdən News24.az -a verilən məlumata görə, rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri Əliş Çoban oğlu Ağamirzəyev Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin edilib.

Ali məktəbin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə isə Şahin Məhəmməd oğlu Pənahov təyinat alıb.

BDU-nun xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova universitetin Xarici dillər kafedrasında pedaqoji fəaliyyətini davam etdirmək məqsədilə öz arzusu əsasında tutduğu vəzifədən azad olunub.

Əldə etdiyimiz məlumata görə, Şahin Pənahov Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşı imiş.