Bakıda ağac kəsən şirkət 50 min manat cərimələndi
    • 6-10-2019, 10:12
    • 614

Bakıda ağac kəsən şirkət 50 min manat cərimələndi

Bu ilin avqustunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Bakının Nərimanov rayonu V. Mayakovski küçəsi, "Montin bazarı"nın yaxınlığında ağacların kəsilməsi faktı aşkar edilib və qanunamüvafiq tədbir görülüb.

News24.az xəbər verir ki, bunu jurnalistlərə ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, icraçı şirkət RR CONSTRUVTİON MMC tərəfindən həmin ünvanda qəzalı vəziyyətdə olan yataqxana binasının söküntüsü zamanı bir neçə ağac kəsilib: "Faktla bağlı akt, protokol tərtib olunub, MMC hüquqi şəxs qismində 50 min manat məbləğində cərimə olunub".

Qeyd edək ki, dünən mətbuatda Nərimanov rayonu, Mayakovski küçəsində ağacların kəsilməsi və tədbir görülməməsi barədə məlumat yayılıb.