Binəqədidə güclü yanğın - VİDEO

Binəqədidə güclü yanğın - VİDEO
SOSİAL

07 oktyabr 2019, 15:04

Mətn ölçüsü

Bu gün Bakı şəhərinin Binəqədi rayonunda güclü yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda dayanmış “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri, bitişik, ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və evin xarici divarında quraşdırılan 1 ədəd kondisioner mühərriki yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Baş vermiş hadisənin görüntüsünü Trend-ə istinadən təqdim edirik.

NEWS