AzTV-də kadr dəyişikliyi
    • 8-10-2019, 17:24
    • 1 227

AzTV-də kadr dəyişikliyi

"Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Rövşən Məmmədov tərəfindən kadr islahatları davam etdirilir.

News24.az xəbər verir ki, QSC-nin Baş prodüseri Hikmət Yaqubov tutduğu vəzifədən azad olunaraq “Mədəniyyət” kanalının direktor müavini təyin olunub.

Kanalın Bədii rəhbərinin müavini Nazilə Babayeva isə QSC-nin Baş prodüseri vəzifəsinə təyinat alıb.
Əməkdar incəsənət xadimi Ülviyyə Kərimova QSC-yə Baş rejissor təyin edilib. QSC sədri tanınmış jurnalist Rövşən Binnətliyə isə “İdman” kanalının direktor müavini postunu həvalə edib.
QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov xəbəri təsdiqləyib.

Xatırladaq ki, Rövşən Məmmədova qurumun rəhbərliyi tapşırıldıqdan sonra AzTV-də köklü islahatlara start verilib. Kanalın simasında xeyli dəyişikliklər edilib, ciddi kadr islahatları aparılıb, yeni layihələrə start verilib. //Apa