Vilayət Eyvazovdan yeni TƏYİNAT
    • 8-10-2019, 22:46
    • 761

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni kadr dəyişikliyi edib.
News24.az xəbər verir ki, nazir yeni əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Samir Məmmədov Zaqatala Rayon Polis Şöbəsinə rəis müavini təyin olunub. Qeyd edək ki, Samir Məmmədov bundan əvvəl Nəsimi Rayon Polis İdarəsində işləyib.