AQTA ölkə ərazisini quş qripindən qorumaq üçün monitorinqlər keçirəcək
    • 10-10-2019, 09:59
    • 764

AQTA ölkə ərazisini quş qripindən qorumaq üçün monitorinqlər keçirəcək

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və regional bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarının, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin mütəxəssis və əməkdaşları tərəfindən ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə xəstəliyə qarşı 2019-cu ilin sonu 2020-ci ilin əvvələrində epizotoloji monitorinqlər keçiriləcək.

AQTA-dan News24.az-a verilən məlumata görə, monitorinqlər köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadasında, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, su-bataqlıq ərazilərində, eləcə də respublikamızın dənizsahili zonalarında aparılacaq. Monitorinq aparılan müddətdə sənaye əsaslı iri quşçuluq müəssisələrində, həyətyanı və  kommersiya tipli quşçuluq təsərrüfatlarında saxlanılan  müxtəlif növ ev quşlarından diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub.