Sərdar Cəlaloğlu Azərbaycan qadınını belə görür:
    • 10-10-2019, 20:03
    • 2 726

Sərdar Cəlaloğlu Azərbaycan qadınını belə görür: "Ərəblərə xidmət edənlər, Dubayda türmədə yatanlar..." - VİDEO

ADP sədri Sərdar Cəlaloğlu "Azadlıq Radiosu"na verdiyi müsahibədə qadın hüquqlarından danışarkən qalmaqallı fikirlər səsləndirib.

News24.az xəbər verir ki, politoloqun müsahibəsində "Qadınla kişinin hüququ bərabərdisə, bəs niyə qızları əsgər aparmırlar?", "Qadın ərə tabe olmalıdır... Bəs kəbin nə üçündür?" kimi səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb: "Qadın kimdir ki? Niyə qadını insanlıqdan ayırırsınız. Qanun qarşısında hamı bərabərdir. Qadına zorakılıq yox, sadəcə zorakılıq demək lazımdır. Sizi (jurnalist xanıma müraciət) əsgərliyə aparıblar? Bərabərlik varsa, niyə aparmırlar? Niyə mən gedib cəbhədə ölməliyəm sən yox? Sən insansan, mən də. İsraildə, Amerikada, Norveçdə qadını əsgərliyə aparırlar. Ona görə aparmırlar ki, qadının gedib orduda xidmət etməsi Azərbaycanın milli və dini dəyərlərinə ziddir. Sizi əsgərliyə getməkdən qoruyan bu dəyərlərdir. Tank sürməlisən, cəbhədə sürünməlisən, daş daşımalısan. Qadın azadlığı gedib otellərin qarşısında durub ərəblərə xidmət etmək deyil. Masajxanalarda işləmək deyil. Dubayda həbsxanalarda yatmaq deyil. Xalqı biabır etmək deyil. Konstitusiyada qadının kişi kimi hüquqları var. Qadının özbaşınalıq edib, ərə tabe olmamaq hüququ yoxdur. Qadın kişiyə tabe olmayacaqsa, o zaman kəbinə nə ehtiyac var?".