Cavid Qurbanov: "Bunun üçün Prezidentə müraciət etdik"

Cavid Qurbanov: "Bunun üçün Prezidentə müraciət etdik"
SOSİAL

11 oktyabr 2019, 11:31

Mətn ölçüsü

Bu ilin sonunadək Bakı dairəvi dəmir yolunun açılışı nəzərdə tutulur. 

News24.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Sədr bildirib ki, son illərdə 1000 km-ə yaxın dəmir yolu təmir olunub.

C.Qurbanov onu da əlavə edib ki, bununla bağlı bəzi çatışmazlıqlar var idi və bunun üçün ölkə Prezidentinə müraciət edilib: "Yolun bir tərəfi Biləcəridən başlayır. Xırdalan, Sumqayıt, Pirşağı, Zabrat-I, Zabrat -II, Sabunçu, Bakıxanov, Koroğlu istiqamətində elektrik qatarlarının xidmətindən istifadə etmək olacaq. Bu dairə təxminən 92 kilometrdir".