İki məktəblimiz QIZIL MEDAL ALDI
    • 11-10-2019, 12:10
    • 894

İki məktəblimiz QIZIL MEDAL ALDI

Paytaxt məktəblilərinin idman sahəsindəki uğurları davam edir. 

BŞTİ-dən News24.az-a verilən məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 234 nömrəli tam orta məktəbin V sinif şagirdi Əliağa Mirzəyev 27 kiloqram çəki dərəcəsində cüdo idman növü üzrə Gürcüstanda keçirilən beynəlxalq yarışda I yerə layiq görülüb. Məktəbli 2 erməni və 3 gürcü rəqibini məğlub edərək diplom və qızıl medalla mükafatlandırılıb.

Vətənə qalibiyyətlə qayıdan digər idmançı isə 21 nömrəli tam orta məktəbin şagirdi Kənan Cəfərlidir. Məktəbli Rusiyada keçirilən beynəlxalq turnirdə kikboksinq idman növü üzrə 37 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, K.Cəfərlinin məğlub etdiyi rəqibləri arasında erməni idmançı da olub. Məktəbli bu qələbəsinə görə diplom, qızıl medal və kubokla təltif olunub.