Bakı-Gəncə elektrik sürət qatarının marşrutu Ağstafayadək uzana bilər
    • 11-10-2019, 20:56
    • 781

Bakı-Gəncə elektrik sürət qatarının marşrutu Ağstafayadək uzana bilər

"Azərbaycan Dəmir Yolları” QSC Bakı-Gəncə elektrik sürət qatarının marşrutunu Ağstafayadək çatdırmağı planlaşdırır.
News24.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, QSC-nin planlarına, həmçinin Şahdağ və Qəbələyə dəmir yolunun tikilməsi, Balakən istiqamətində dəmir yolunun rekonstruksiyası, dəmir yollarının elektrikləşdirilməsi, eləcə də iki yeni deponun istifadəyə verilməsi daxildir.