Polis halı pisləşən sürücüyə KÖMƏK ETDİ
    • 14-10-2019, 18:46
    • 779

Polis halı pisləşən sürücüyə KÖMƏK ETDİ

Polislər halı pisləşən sürücüyə kömək edib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, bir neçə gün əvvəl gecə saatlarında Oğuz Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşları Qoşqar İsmayılzadə və Camal Şıxkərimov rayonun Kərimli kəndi ərazisində xidmətdə olan zaman bir avtomobilin yolun kənarında dayandığını müşahidə ediblər.

 Onlar həmin avtomobilə yaxınlaşdıqda onun sürücüsünün səhhətinin yaxşı olmadığını və sükan arxasında köməksiz vəziyyətdə qaldığını görüblər.  Polislər dərhal sürücünü avtomobildən düşürüb ona ilkin tibbi yardım göstəriblər, daha sonra həmin əraziyə Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarını çağırıblar.

Avtomobilin sürücüsü Əlixan Əmrahov xəstəxanaya yerləşdirilib, ona zəruri tibbi yardım göstərilib. Q.İsmayılzadə və C.Şıxkərimov bu müddət ərzində də onu tək qoymayıblar. Əlixan Əmrahovun səhhəti yaxşılaşdıqdan sonra polis əməkdaşları onu evinə yola salıblar.

Göstərilən diqqət və qayğıya, humanistliyə görə, Ə.Əmrahov və ailə üzvləri polislərə öz minnətdarlıqlarını bildiriblər