"Uşaqların 1/4-i özünü kədərli və ümidsiz hiss edir"- QƏHRƏMAN HAQVERDİYEV
    • 15-10-2019, 11:58
    • 819

"Uşaqların 1/4-i özünü kədərli və ümidsiz hiss edir"- QƏHRƏMAN HAQVERDİYEV

Azərbaycanda 2016-2018 ci illər üzrə aparılan sorğuya görə, uşaqların 1/4-i 2 həftə və daha çox müddətlə özünü kədərli və ümidsiz hiss edirlər".

News24.az xəbər verir ki, bunu "10 oktyabr Ümumdünya Psixi Sağlamlıq günü"nə həsr olunmuş "Psixi Sağlamlıq: intiharların profilaktikasında tibbi və icma əsaslı yanaşmalar" adlı Elmi Praktik Konfransda İctimai Səhiyyə və İsahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev deyib.

O qeyd edib ki, mərkəz tərəfindən məktəblilər arasında sorğu keçirilib:"Sorğuya görə, uşaqların təxminən 5 faizi mübahisələrin və zorakılığın şahidi olur. 32 faizi son bir ildə ən azı bir dəfə həmşadları ilə mübahisə yaşayır. 14 faiz respondentlər ay ərzində internetdən istifadə edərək digər şəxslərlə kobud davranır və alçaldıcı rəftar edirlər. Buna kiberbulinq deyilir. Tədqiqata görə, uşaqların 8 faizi həyatında intihar etməyi ağlından keçirib. Bu digər ölkələrlə müqayisədə böyük rəqəm olmasa da bizi düşünməyə vadar edir. Ölkəmizdə ÜST-ün dəstəyi və İSİM-in mütəxəssislərinin istiraki ilə aparılan tədqiqatda iştirak edən respondentlərin 2 faizi əvvəlki 12 ay ərzində intihar cəhdini ciddi şəkildə düşünüb.

Son 12 ayda intihar haqqında ciddi düşünən qadınların sayı əhəmiyyətli dərəcədə yüksək olub. Şəhərlərdə yaşayanlar üstünlük təşkil edib".

Q.Haqverdiyev qeyd edib ki, respondentlərin təxminən 10 %-i intihara təşəbbüs göstərib.
Bu faktlar göstərir ki, psixi saglamlığa qayğı insanın doğulduğu gündən başlamalıdır.

Afaq Mirayiq