Bakının bu yerlərində qaz kəsildi - Qaz sızmasına görə
    • 21-10-2019, 15:05
    • 567

Bakının bu yerlərində qaz kəsildi - Qaz sızmasına görə

Binəqədi rayonu, Biləcəri qəsəbəsində qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar qaz təchizatı səhər saatlarından müvəqqəti olaraq dayandırılıb.

Bu barədən News24.az-a Azəriqaz İstehsalat Birliyinə istinadən xəbər verir.
Hazırda qaz təminatındakı fasilələr Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov, Y.Hüseynov, Natəvan küçələrində müşahidə olunur.