Hacıqabulda evdən 1350 manatlıq OĞURLUQ - FOTO
    • 22-10-2019, 09:53
    • 969

Hacıqabulda evdən 1350 manatlıq OĞURLUQ - FOTO

Hacıqabulda mənzildən oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan News24.az-a verilən məlumata görə, oktyabrın 12-də Hacıqabul rayon sakini Vasif  Manafov  DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Hacıqabul RPŞ-yə müraciət edərək ona məxsus fərdi yaşayış evindən ümumi dəyəri 1350 manat olan məişət avadanlıqlarının oğurlanması ilə bağlı məlumat verib.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini 35 yaşlı Ağaqulu Quliyev saxlanılıb. Dindirilmə zamanı A.Quliyev törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı məişət avadanlıqları satdığı şəxslərdən maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.