Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi TƏŞKİL EDİLDİ - FOTO
    • 22-10-2019, 13:41
    • 1 749

Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi TƏŞKİL EDİLDİ - FOTO

Yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görülən işlər çərçivəsində Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində müəyyən tədbirlər həyata keçirilib.

News24.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində sarı kəsişmə toru təşkil edilib, nəqliyyat vasitələrinin hərəkət troektoriyasını əks etdirən yol nişanlamaları çəkilib. Bundan başqa, yolayrıcının bütün istiqamətləri üzrə piyada keçidləri yerləşdirilib.

Həyata keçirilmiş dəyişikliklər kəsişmədə piyadaların rahatlığını, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etməyə imkan verəcək.

Qeyd edək ki, hazırda ərazidə əlavə pandusların quraşdırılması üçün də iş aparılır.