Akif Əlizadə:
    • 23-10-2019, 10:15
    • 719

Akif Əlizadə: "Səhhətimlə bağlı istefa vermişəm"

"İstefa ərizəmi təqdim etməyimlə bağlı xəbər doğrudur".

News24.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

O qeyd edib ki, səhhəti ilə əlaqədar istefa vermək qərarına gəlib: "Bu gün saat 11:00-da Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı olacaq və Akademiyaya yeni prezident seçkiləri keçiriləcək. Güman edirəm ki, mənim də ərizəm qəbul olunacaq".

Qeyd edək ki, A. Əlizadə ötən il AMEA-nın ümumi yığıncağında qurumun prezidenti seçilib. /apa.az/