Bakıda yıxılan şəxs XİLAS EDİLDİ
    • 23-10-2019, 11:33
    • 832

Bakıda yıxılan şəxs XİLAS EDİLDİ

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin yaşayış binasının giriş hissəsindəki beton plitənin üzərinə yıxılaraq orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən News24.az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı aşağı düşürüb və aidiyyəti üzrə təhvil veriblər.