Rövzət Qasımov MSK sədrinin MÜAVİNİ SEÇİLDİ
    • 23-10-2019, 16:17
    • 830

Rövzət Qasımov MSK sədrinin MÜAVİNİ SEÇİLDİ

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü təyin edilən Rövzət Qasımov MSK sədrinin müavini seçilib.

News24.az xəbər verir ki, qərar MSK-nın bu gün keçirilən iclasında qəbul olunub.
İclasda Rövzət Qasımovun MSK sədrinin müavini seçilməsi təklif olunub. Müzakirələrdən sonra təklif komissiyanın yekdil qərarı qəbul edilib.
Xatırladaq ki, R.Qasımov 21 ildir MSK-da çalışır. 1998-2011-ci illərdə Beynəlxalq əlaqələr şöbəsinin, 2011-ci ildən isə MSK Katibliyinin müdiri olub. Onun MSK-nın beynəlxalq əlaqələrinin qurulmasında müstəsna xidmətləri var.