İlham Rəhimov “Türk Dünyası Onur Medalı” na LAYİQ GÖRÜLDÜ
    • 24-10-2019, 14:24
    • 1 035

İlham Rəhimov “Türk Dünyası Onur Medalı” na LAYİQ GÖRÜLDÜ

Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosasiyasının Prezidenti, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyi (İLESAM) tərəfindən beynəlxalq “Türk Dünyası Onur Medalı” na layiq görülüb.

İLESAM başqanı Mehmet Nuri Parmaksız professor İlham Rəhimova məktub ünvanlayıb: "Sizin Azərbaycan, azərbaycançılıq, dövlət, dövlətçilik, ümumən Türk Dünyası üçün fəaliyyətiniz, bu yolda arzu və istəkləriniz, hədəfləriniz hər kəsə yaxşı məlumdur. Odur ki, İLESAM-ın “Türk Dünyası Onur Medalı”nı şəxsinizə təqdim etməkdən çox böyük şərəf duyarıq”.

Qeyd edək ki, İLESAM- Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyi 1986-cı ildə təsis edilib.
Türkiyənin Mədəniyyət Nazirliyinə bağlı üç min beş yüz üzvü olan böyük təşkilatdır. Azərbaycanın bir çox qurumları ilə də əməkdaşlıq edən İLESAM Türk dünyası üçün önəmli layihələrə imza atmışdır. Artıq bir neçə ildir ki, oktyabrın 18-də, Müstəqillik günündə Beynəlxalq The Frist Mükafatları tədbirində İLESAM-ın “Türk Dünyası Onur Medal”ları da təqdim olunur. /Teleqraf.com/