İnsanları qorxuya salan boru tıxaca SƏBƏB OLDU - FOTO
    • 25-10-2019, 10:11
    • 1 034

İnsanları qorxuya salan boru tıxaca SƏBƏB OLDU - FOTO

Babək prospekti (maşın bazarının qarşısında) sıxılmış qaz borusunun daşınması zamanı əmələ gələn çətinlik nəqliyyat vasitələrinin hərəkətinə mane yaradıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hazırda Babək prospekti şəhər istiqamətində sıxlıq müşahidə edilir.

Bu səbəbdən həmin ərazidən keçən müntəzəm marşrut xətlərinin intervalında da gecikmələr var.