Bakı məktəbliləri beynəlxalq yarışlarda UĞUR QAZANDI
    • 25-10-2019, 16:27
    • 862

Bakı məktəbliləri beynəlxalq yarışlarda UĞUR QAZANDI

Ümumi təhsil müəssisələri şagirdlərinin idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlardakı uğurları davam edir.

BTŞİ-dən News24.az-a verilən məlumata görə, idarənin tabeliyindəki 183 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Zemfira Həsənzadə İspaniyada taekvando idman növü üzrə keçirilən Avropa çempionatında 29 kiloqram çəki dərəcəsində II yerə layiq görülüb. Məktəbli gümüş medal və diplomla təltif olunub.
Vətənə qalibiyyətlə qayıdan digər məktəbli isə 191 nömrəli tam orta məktəbin VI sinif şagirdi Ziya Həsənlidir. Məktəbli Mahaçqala şəhərində keçirilən taekvando idman növü üzrə beynəlxalq yarışda 33-34 kiloqram çəki dərəcəsində II yeri tutub. Ziya Həsənli bu qalibiyyətinə görə gümüş medal və diplomla mükafatlandırılıb.