Ölkədə qanunsuz yaşayan 75 əcnəbi SAXLANILDI - FOTOLAR
    • 25-10-2019, 17:31
    • 712

Ölkədə qanunsuz yaşayan 75 əcnəbi SAXLANILDI - FOTOLAR

Son 10 gün ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 223 əcnəbi saxlanılıb.

DMX-dən News24.az-a verilən məlumata görə, onlardan 27-nin qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi, 12 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 75 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Miqrasiya qanunvericiliyini pozan 202 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür. DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.