USD 1.7
EUR 1.858
TRY 0.2502
RUB 0.0238
  • Bakı 23°C
  • ŞUŞA 24°C
  • GƏNCƏ 30°C
  • LƏNKƏRAN 24°C
  • ŞƏKİ 30°C
  • QUBA 17°C
  • NAXÇIVAN 31°C

Azad Rəhimov Avropa Olimpiya Komitələri 48-ci Baş Assambleyasında çıxış edib

SOSİAL

Mətn ölçüsü

Polşanın Varşava şəhərində rəsmi səfərdə olan Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimov Avropa Olimpiya Komitələrinin 48-ci Baş Assambleyasında çıxış edib.

Nazirlikdən News24.az-a verilən məlumata görə, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin prezidenti Yanez Kociançiçin də qatıldığı tədbirdə nazir Azad Rəhimov çıxışı zamanı bir neçə mühüm məsələyə toxunub.

İlk olaraq iyul ayında Bakıda gerçəkləşdirilmiş 15-ci Avropa Olimpiya Gənclər Festivalı haqqında danışan nazir, Bakının bu yarışa hazırlığı , görülmüş işlər, təşkilati məsələlər və ümumilikdə bir sıra istiqamətlər haqqında məlumat verib. Azad Rəhimov vurğulayıb: “Avropanın 48 ölkəsindən 2613 ən yaxşı idmançının qatıldığı bu yarış, 26 ölkədən 346 jurnalist tərəfindən işıqlandırıldı. 763 yerli və beynəlxalq texniki heyət oyunların həyata keçirilməsinə cəlb olundu.

12 idman arenası yarışların keçirilməsi üçün bütün standartlara cavab verirdi. 500 Azərbaycanlı peşəkar bu oyunların araya-ərsəyə gəlməsində müstəsna rol oynadı.” Daha sonra ölkəmizin idman siyasətindən, bu istiqamətdə atılan addımlarldan söz açan nazir Azad Rəhimov, ölkəmizdə ötən illər ərzində uğurla həyata keçrilmiş idman yarışları, bu yarışlara olan tamaşaçı marağı, idman arenalarının fəaliyyəti, idman siyasəti və digər mühüm məsələlər barədə də söz açıb.

Könüllük hərəkatının da Azərbaycanda çox geniş vüsət aldığını diqqətə çatdıran nazir, hal hazırda tək idman yarışlarında deyil, digər tədbirlərdə də könüllülərin aparıcı qüvvə olduğunu söyləyib. Nazir bildirib ki, Avropa Olimpiya Gənclər Festivalında 2500 könüllünün iştirakı nəzərdə tutulsa da, bu rəqəm artaraq 3500 olub. Səfər çərçivəsində nazir OK, AOK və digər mötəbər qurumların rəhbər şəxsləri ilə də görüşlər keçirib.

Qalereya

1

Xəbəri paylaş: