Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkəti BƏRPA OLUNDU
    • 28-10-2019, 18:05
    • 801

Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkəti BƏRPA OLUNDU

Oktyabrın 29-dan etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarlarının Sabunçu stansiyasına kimi hərəkəti bərpa olunur. Bakı-Sabunçu-Bakı elektrik qatarlarının qüvvədə olan hərəkət qrafiki saxlanılır.

News24.az xər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, avqustun 26-dan Sabunçu dəmir yolu stansiyasının ərazisindəki avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edirdi.