Bakıda qadın evdən 2000 manatlıq QIZIL OĞURLADI
    • 29-10-2019, 12:22
    • 785

Bakıda qadın evdən 2000 manatlıq QIZIL OĞURLADI

Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Bakıxanov qəsəbəsindəki evlərin birindən 1800 manat və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xızı rayon sakini N.Ellazova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.