USD 1.7
EUR 1.8477
TRY 0.2508
RUB 0.0227
  • Bakı 8°C
  • ŞUŞA -0°C
  • GƏNCƏ 8°C
  • LƏNKƏRAN 5°C
  • ŞƏKİ 4°C
  • QUBA 5°C
  • NAXÇIVAN 7°C

Prezidentdən qadınlara TÖVSİYƏ: “İşləyin, ərlərinizdən az asılı olun” - VİDEO

SOSİAL / MARAQLI / Video

Mətn ölçüsü

“Arzu edirəm ki, bu müəssisədə yaxşı işləyəsiniz. Həm ailə büdcəsinə töhfə verəsiniz, həm də ərlərdən bir qədər az asılı olasınız. Və burada gözəl sənətinizi yaşadasınız”. 

News24.az
-ın xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “Azərxalça” ASC-nin Qəbələ filialının açılış mərasimində deyib. Dövlət başçısı müəssisisənin qadın kollketivinə tövsiyə verib.

Prezident yeni istifadəyə verilən müəssisədə 50-dən çox iş yeri yaradıldığını bildirib: “Gələcəkdə iş yerlərinin sayı daha da çox olacaq. Əsas məsələ ondadır ki, burada qadınlar üçün iş yeri yaradılır. Qadınları işlə təmin etmək üçün xüsusi tədbirlər görülür. Burada iş şəraiti də, əmək haqqı da yaxşıdır. Azərbaycanda xalçaçılıq sənətinin bundan sonra da yaşadılması üçün biz çox böyük işlər görürük. Bu məqsədlə “Azərxalça” müəssisəsi yaradılıb. Və mənim göstərişimlə ölkəmizdə 30-dan çox xalça fabriki tikilməlidir. Onlardan 10-u artıq istifadəyə verilib. Növbəti illərdə 20-dən çox fabrik fəaliyyətə başlayacaq və bu fabriklərdə minlərlə yeni iş yeri yaradılır”.

Video

Xəbəri paylaş: