Sumqayıtda qadın müəllimin meyiti TAPILDI

Sumqayıtda qadın müəllimin meyiti TAPILDI
SOSİAL

30 oktyabr 2019, 17:35

Mətn ölçüsü

Sumqayıt şəhərində 60 yaşlı qadın müəllimin meyiti tapılıb.
Meyit şəhərin İnşaatçılar qəsəbəsində aşkar edilib.
Belə ki, şəhər sakini, 1959-cu il təvəllüdlü  Elvira Zərbəli qızı Kazımovanın meyiti yerli sakinlər tərəfindən tapılıb. 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Meyit müayinə olunması üçün  Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. Qadının ölüm səbəbləri araşdırılır. 
İlkin məlumata görə, meyiti tapılan qadın Sumqayıt şəhər 2 nömrəli musiqi məktəbinin müəllimidir. 
Faktla bağlı araşdırma aparılır. /report/