Bakıda "Bayraq Festivalı" keçirilir- FOTO
    • 4-11-2019, 15:38
    • 1 143

Bakıda "Bayraq Festivalı" keçirilir- FOTO

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda Vl "Bayraq Festivalı" keçirilir.
News24.az xəbər verir ki, tədbir Gənclər və İdman Naziri Azad Rəhimov, nazirin birinci müavini İntiqam Babayev, millət vəkili Rauf Əliyev  iştirak edir.
İ.Babayev açıqlama verərək, tədbirin əsas məqsədindən danışıb:
"Biz hər il Dövlət Bayrağı Günü münasibətilə "Gənclər Festivalı" keçiririk. Məqsədimiz gənclər arasında Dövlət rəmzlərimizi təbliğ etməkdir. Bu ilki formatı bir az genişlındirmişik. Artıq "İradənlı qalib gəl" adlı kütləvi aksiyalarımız həyata keçirilir. Biz, bütün bu tədbirləri kampaniya şəklində cəmləşdirmişik. Bu "Bayraq Festival"ı da başlanğıc kimi elan olunacaq. 9 noyabra qədər müxtəlif səpkili tədbirlərlə Azərbaycanın rayon və şəhərlərində davam edəcək. Buraya idman və intellektual yarışmalar daxildir.

Teymur Məmmədov
Foto - Fərid Şabanov