Travmatologiyada qalmaqal - Xəstəni keyidicisiz əməliyyat edib, dəhlizə atdılar - VİDEO

Travmatologiyada qalmaqal - Xəstəni keyidicisiz əməliyyat edib, dəhlizə atdılar - VİDEO
SOSİAL / Video

05 noyabr 2019, 13:12

Mətn ölçüsü

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan növbəti şikayət var.

News24.az xəbər verir ki, radio aparıcı və aktrisa Aygün Akif xəstəxananı sərt şəkildə tənqid edib. Sosial şəbəkə hesabında video paylaşan A.Akif xəstələrə qarşı laqeyid davranışa son qoyulmasını istəyib:“Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Baş verən iyrəncliklərə baxın. Xəstələrlə qəssab kimi davranrlar. Ayıb olsun! Canımızı kimə etibar edək? Otağa salıb pul ala bilirlər. Dövlət rüsümü yoxdur. Xəstəni keyidicisiz əməliyyat edib, yiyəsiz əşya kimi xəstəxananın dəhlizinə atıblar”.

Qeyd edək ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu dəfələrlə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Qarşı tərəfin mövqeyini yayımlamağa hazırıq. 

YouTube