İlham Əliyev 2 milyon manat AYIRDI - SƏRƏNCAM
    • 5-11-2019, 16:52
    • 774

İlham Əliyev 2 milyon manat AYIRDI - SƏRƏNCAM

Prezident İlham Əliyev Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı üçün xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

News24.az-ın xəbərinə görə, sərəncama əsasən, Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı üçün xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.24.14-cü yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.