Müsavat Lökbatandan imtina etdi - Meriyanın qarşısına aksiya təyin olundu
    • 6-11-2019, 16:09
    • 768

Müsavat Lökbatandan imtina etdi - Meriyanın qarşısına aksiya təyin olundu

Bu gün Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının noyabrın 10-na təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib. Bakı meriyası aksiyanın Lökbatan qəsəbəsində keçirilməsini məqsədəuyğun sayıb.

News24.az xəbər verir ki, Müsavat Partiyası mitinq üçün Lökbahana getməkdən imtina edib. Bu barədə partiya sədrinin müavini Səxavət Soltanlı bildirib:

“Müsavat Partiyası 12 noyabr - “Konstitusiya Günü” saat 15:00-a “Konstitusiyaya əməl et”, “Sərbəst toplaşma azadlğını təmin et” tələbləri ilə Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına aksiya təyin etdi”.

Qeyd edək ki, Müsavat Partiyası aksiya üçün Tofiq Bəhrəmav adına stadionun qarşısındakı meydan, Dərnəgül metrostansiyasının çıxışında olan meydan, yaxud “Məhsul” stadionunda yer ayrılmasını istəmişdi. BŞİH-dən verilən cavabda deyilir ki, “Məhsul” stadionunda təmir işləri gedir, metrostansiyaların qarşısında olan meydanların isə “nəqliyyatın sıx hərəkət etdiyi” ərazi olduğu üçün, burada aksiyanın keçirilməsi məqsədəuyğun sayılmır.