Prezident onlara fəxri ad verdi: DJ Fateh, Anar Nəcəfli və Ranar Musayev
    • 6-11-2019, 20:50
    • 1 660

Prezident onlara fəxri ad verdi: DJ Fateh, Anar Nəcəfli və Ranar Musayev

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 
News24.az xəbər verir ki, “Tərəqqi” medalı ilə təltif edilənlər arasında tanınmış simalar da var.
Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü və eyni zamanda xəbər aparıcısı kimi fəaliyyət göstərən Anar Nəcəfli də “Tərəqqi” medalı ilə təltif edilib. Bundan başqa, İTV-nin əməkdaşı Məmmədov Məmmədəli Nazim oğlu (DJ Fateh) də eyni medalla təltif olunub. AzTV-də şöbə müdiri vəzifəsində çalışan Ranar Musayev də “Tərəqqi” medalı ilə təltif olunanlar sırasındadır.