Altı günlük məktəblərdə noyabrın 11-i iş günüdür - NAZİRLİK
    • 8-11-2019, 17:26
    • 1 139

Altı günlük məktəblərdə noyabrın 11-i iş günüdür - NAZİRLİK

Sabah Azərbaycanda Bayraq günü qeyd olunacaq.

Nazirlər Kabinetinin qərarına əsasən, 2019-cu ildə 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü qeyri-iş günüdür. Noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, növbəti həftənin ilk günü, 11 noyabr tarixi də qeyri-iş günü olacaq. Yəni, şənbə günü də nəzərə alınarsa, ardıcıl olaraq noyabrın 9-u (şənbə), 10-u (bazar) və 11-i (bazar ertəsi) ölkədə qeyri-iş günüdür.

Ancaq bəzi məktəblərdə bu məsələ ilə bağlı fikir ayrılığı yaranıb. Belə ki, 6 günlük məktəblərdə bazar ertəsi gününün iş günü olduğu elan edilib. /apa/