"Koroğlu" stansiyasının  yanında hadisə - QADIN XƏSTƏXANALIQ OLDU - FOTOLAR
    • 13-11-2019, 11:36
    • 852

"Koroğlu" stansiyasının yanında hadisə - QADIN XƏSTƏXANALIQ OLDU - FOTOLAR

Bu gün səhər metronun “Koroğlu” stansiyası yaxınlığında halı pisləşən vətəndaş Bakı Nəqliyyat Agentliyi əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Bakı Nəqliyyat Agentiyindən News24.az-a verilən məlumata görə, ərazidən keçən minik avtomobillərinin birində olan xanımın qəflətən halı pisləşib. Həmin vaxt ərazidə xidməti vəzifəsini yerinə yetirən əməkdaşlarımız dərhal həmin şəxsə ilkin tibbi yardım göstərib və təcili tibbi yardıma müraciət ediblər. Eyni zamanda təcili tibbi yardım avtomobilin əraziyə maneəsiz yaxınlaşması üçün zəruri tədbirlər göürülüb. Onların köməkliyi ilə həmin şəxs xəstəxanaya çatdırlıb.