ABŞ nümayəndə heyəti “ASAN xidmət”də - FOTOLAR

ABŞ nümayəndə heyəti “ASAN xidmət”də - FOTOLAR
SOSİAL / Foto

13 noyabr 2019, 17:03

Mətn ölçüsü

Noyabrın 13-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) bir sıra ştatlarının seçki orqanlarını təmsil edən nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

"ASAN" xidmət-dən News24.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 34 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb.

Bundan başqa vurğulanıb ki,” ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015), həmçinin 2019-cu ildə Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.