Ceyhun Bayramov Türkiyə, Malayziya və rusiyalı həmkarı ilə GÖRÜŞDÜ
    • 14-11-2019, 13:24
    • 882

Ceyhun Bayramov Türkiyə, Malayziya və rusiyalı həmkarı ilə GÖRÜŞDÜ

YUNESKO-nun 40-cı Baş konfransında iştirak etmək məqsədilə Fransada rəsmi səfərdə olan Təhsil naziri Ceyhun Bayramov bir sıra ikitərəfli görüşlər keçirib. 

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, o, Türkiyənin Milli Təhsil naziri Ziya Səlçuk, Rusiyanın Elm və Ali Təhsil naziri Mixail Kotyukov və Malayziyanın Təhsil naziri Mazli Malik ilə görüşüb.

Görüşlər zamanı təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən Azərbaycanla sözügedən ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.