Yaqub Eyyubov uzun müddətdən sonra İLK dəfə görüntüləndi -FOTO

Yaqub Eyyubov uzun müddətdən sonra İLK dəfə görüntüləndi -FOTO
SOSİAL

15 noyabr 2019, 00:44

Mətn ölçüsü

Bakıda keçirilən Dünya Dini Liderlərinin Sammitində iştirak edən Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan paytaxtındakı “Jen Mironosits” pravoslav kafedral kilsəsində ayin keçirib.
News24.az xəbər verir ki, patriarx Kirillə görüşə təkcə Azərbaycanın xristianları deyil, həm də dövlət nümayəndələri, diplomatik korpusların təmsilçiləri, mədəniyyət xadimləri gəliblər. Onların arasında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov, TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman və digər rəsmi şəxslər olublar.

Xatırladaq ki, ötən ay İran Prezidenti Həsən Ruhaninin Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində iştirak etməməsi diqqət çəkmişdi. Qonaqları Əli Əhmədov və Şahin Mustafayev qarşılamışdılar.