“Fərqli tur, fərqli yanaşma” şüarı altında ekotur keçirilib - FOTO
    • 16-11-2019, 10:31
    • 768

“Fərqli tur, fərqli yanaşma” şüarı altında ekotur keçirilib - FOTO

“Fərqli tur, fərqli yanaşma” şüarı altında Göygöl Milli Parkında   məcara turu təşkil olunub.

News24.az xəbər verir ki, “Kap.az” Fərqli Turizm Klubu və “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun dəstəyi ilə keçirilən təbiət yarışmasına 50 -dək iştirakçı qoşulub.

Göygöl milli parkının direktoru  Xaliq İsgəndərov jurnalistlərə  bildirib ki, məcara turuna qoşulan iştirakçılar 7 km məsafəni qət edərək milli parkın füsunkar təbiəti, dağ yolları, meşəsi və ekoturizm marşrutları ilə tanış olublar.

“Tur zamanı ekstremal offroad, ox atma, müxtəlif xalq oyunları kimi müsabiqələr keçirilib və qaliblər mükafatlandırılıb. Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd milli parklarda ekoloji turizmin  təbliğinə nail olmaq, insanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək verməyə çağırmaq, eyni zamanda milli parklara turistlərin marağını artırmaqdır”.

Qeyd edək ki, bu, noyabr ayı ərzində Azərbaycanın milli  parklarında ekoloji turizmi təbliğ etmək üçün təşkil olunan sayca dördüncü tədbirdir.