Ötən gün yol qəzalarında  3 nəfər xəsarət alıb - 7 NƏFƏR ÖLÜB
    • 23-11-2019, 12:13
    • 764

Ötən gün yol qəzalarında 3 nəfər xəsarət alıb - 7 NƏFƏR ÖLÜB

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. 
Axtarışda olduğuna görə, ümumilikdə, 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
Respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 3 nəfər xəsarət alıb. 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib. 
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.