16 nömrəli məktəb şagirdin ölümü ilə bağlı MƏLUMAT YAYDI -YENİLƏNDİ
    • 26-11-2019, 17:27
    • 1 460

16 nömrəli məktəb şagirdin ölümü ilə bağlı MƏLUMAT YAYDI -YENİLƏNDİ

Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəb 1-ci sinif şagirdi Xədicə Hətəmlinin ölümü ilə bağlı məlumat yayıb.
Məktəbdən News24.az a bildirilib ki, bu gün 12:30 radələrində şagirdin halı pisləşib və qıcolma keçirib.

"Hadisə zamanı şagirdin nənəsi, müəllimi və məktəbin tibb bacısı yanında olub. Məlumat üçün bildiririk ki, şagird epilepsiya xəstəliyi olduğu üçün nənəsi hər zaman şagirdlə dərsə gəlir, onu gözləyir, tənəffüs müddətində onu yedizdirirmiş. Şagird xəstəxanaya çatdırılanadək yolda dünyasını dəyişib. Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli məktəb kollektivi adından şagirdin ailəsinə başsağlığı verir, Allahdan səbir diləyirik"- deyə məlumatda bildirilib.

***
15.00
Gəncədə bədbəxt hadisə baş verib.

Hadisə 16 nömrəli tam orta məktəbdə qeydə alınıb. Belə ki, məktəbin 1-ci sinif şagirdi, 2013-cü il təvəllüdlü Hətəmli Xədicə Rəhim qızının məktəbdə halı pisləşib və o yıxılıb. Məktəbli hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. /apa/