Azyaşlılara siqaret satanlar CƏRİMƏLƏNDİ
    • 28-11-2019, 13:58
    • 894

Azyaşlılara siqaret satanlar CƏRİMƏLƏNDİ

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Həmin mağazaların satıcıları A.Şahməmmədov və H.Bəbirov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin vəya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.