“125”in sərnişinlərinin nəzərinə
    • 29-11-2019, 19:28
    • 1 278

“125”in sərnişinlərinin nəzərinə

Dövlət başçısının müvafiq sərəncamı ilə alınan yeni avtobusların istismara verilməsinə başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən News24.az -a verilən məlumata görə, 12 metrlik BMC Procity markalı avtobusların bir qismi ilk olaraq sabahdan 125 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərin istifadəsinə veriləcək. 
Bununla əlaqədar 125 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemi də dəyişdirilib. Belə ki, bu xətt üzrə avtobusların hərəkəti  28 May-Lökbatan qəsəbəsi olmaqla təşkil edilib. Bununla da 123 mindən artıq sakini olan Lökbatan qəsəbəsinin şəhər mərkəzi ilə birbaşa marşrut xətti ilə əlaqələndirilməsi təmin olunub. Marşrut xətti üzrə gediş haqqının ödənişi nağdsız qaydada “BakıKart” vasitəsi ilə həyata keçiriləcək. Sərnişinlərin “BakıKart” əldə etməsi, eləcə də, kartın balansının artırılmasını asanlaşdırmaq məqsədilə qəsəbə ərazisində terminallar quraşdırılıb.
BNA “Bibiheybət” yolundakı sürüşmə ilə əlaqədar sərnişinlərə müraciət də edib: 
“125 nömrəli müntəzəm marşrut xətti üzrə məlum dəyişikliyi nəzərə alaraq vətəndaşlardan xahiş edirik ki, həmin istiqamətdə ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Belə ki, baş vermiş sürüşmə səbəbindən Bibiheybət-20-ci sahə Bayıl ərazisində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Vətəndaşlar şəxsi nəqliyyat vasitəsi ilə deyil məhz ictimai nəqliyyatdan istifadə etməklə qeyd edilən yolda hərəkət intensivliyinin artmasına töfhə vermiş olacaqlar”.