Azərbaycanda son 9 ayda  75 qadın öldürüldü - ŞOK STATİSTİKA - EKSKLÜZİV
    • 30-11-2019, 16:55
    • 974

Azərbaycanda son 9 ayda 75 qadın öldürüldü - ŞOK STATİSTİKA - EKSKLÜZİV

Azərbaycanda qadınlara qarşı törədilmiş zorakılıq cinayətlərinin statistikası açıqlanıb. 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki,  cari ilin son 6 ayında zorakılıq cinayətləri nəticəsində qadınlar arasında ölüm faktlarının sayı 59-dir. Onlardan ailə-məişət zəminində baş vermiş zorakılıqların sayı 30 olub. 

Cari ilin son 9 ayında isə zorakılıq cinayətləri nəticəsində öldürülən qadınların sayı 75-dir. Onlardan ailə-məişət zəminində baş vermiş zorakılıqların sayı 39 olub.