USD 1.7
EUR 1.858
TRY 0.2502
RUB 0.0238
  • Bakı 21°C
  • ŞUŞA 14°C
  • GƏNCƏ 24°C
  • LƏNKƏRAN 19°C
  • ŞƏKİ 25°C
  • QUBA 15°C
  • NAXÇIVAN 21°C

Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşüblər

SOSİAL

Mətn ölçüsü

Dekabrın 5-də Təhsil Nazirliyinin bir qrup əməkdaşı “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm sindromlu uşaqlar üçün  Reabilitasiya  Mərkəzində  olub. 

News24.az xəbər verir ki, mərkəzin “Kashalata” kafe-atelyesində baş tutan görüşdə qeyd olunub ki,  kafe-atelye “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən  2018-ci ildə istifadəyə verilib. Autizm sindromlu uşaqların cəmiyyətə inteqrasiyası üçün nəzərdə tutulan bu məkanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara müxtəlif istiqamətlərdə peşə öyrədilir, təlimlər keçirilir. Məqsəd autizm sindromlu uşaqların peşə bacarıqlarına yiyələnmələrinə, eyni zamanda valideynlərinə dəstək verməkdir.

Sonda Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqların təlim prosesi və onların əl işləri ilə yaxından tanış olublar.

Xəbəri paylaş: