Bakıda Kərim Kərimova qarşı ŞOK CİNAYƏT
    • 7-12-2019, 13:05
    • 795

Bakıda Kərim Kərimova qarşı ŞOK CİNAYƏT

Bakıda kişiyə ağır iztirablar verməklə ona xəsarətlər yetirmiş şəxs barəsində cinayət işi açılıb.

News24.az-ın məlumatına görə Xəzər Rayon Polis İdarəsində Kərim Kərimova müxtəlif dərəcəli xəsarətlər yetirmiş Yadigar İbadov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci, yəni, qəsdən sağlamlığa az ağır zərər vurma - xüsusi amansızlıqla, ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə maddəsi ilə cinayət işi açılıb. Artıq iş üzrə ibtidai istintaq tədbirləri başa çatıb və iş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. İşə hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq və hazırlıq iclası 13 dekabr tarixinə təyin edilib.