Xəzər TV-də nə baş verir? - AÇIQLAMA

Xəzər TV-də nə baş verir? - AÇIQLAMA
SOSİAL

07 dekabr 2019, 17:28

Mətn ölçüsü

Bu gün səhər saatlarından ölkə mediasında "Xəzər" Televiziyasının rəhbərliyinin dəyişməsi ilə bağlı xəbərlər yayılıb. Məlumata görə, hətta kanala yeni müavin təsdiq edilib. Artıq Xəzər TV-də təhvil-təslim işləri başlanılıb və bəzi əşyalar daşınır.

Məsələylə bağlı Xəzər televiziyası rəsmi açıqlama yayıb.

News24.az-a verilən məlumata görə, sözügedən televiziya ilə bağlı yayılan şayiələr əsassızdır: "Son günlər Xəzər TV MMC barədə mətbuatda həqiqətə, heç bir real fakta söykənməyən əsassız məlumatlar yayılmaqdadır. Bəzi "informasiya" saytları xüsusi canfəşanlıqla güya "Xəzər" TV-nin rəhbərliyində və kollektivində dəyişikliklərin olduğu, hətta təhvil-təslim işlərinin aparıldığı ilə bağlı “məlumatlar” yayırlar.  Maraqlısı budur ki, həmin saytlar bu yalan xəbərlərini hansısa “mənbədən” aldıqlarını idda edirlər. Amma  Xəzər TV-nin mövqeyini heç öyrənməyə də cəhd etmirlər. Bu isə qarşı tərəfin mövqeyinin öyrənillməsi kimi jurnalistikanın ana prinsiplərinə xəyanətdir. Bu qərəzli mövqedən də aydın görünür ki, belə əsassız məlumatların yayılmasının məqsədi Xəzər TV-nin nüfuzunu zədələməkdir. Xəzər TV olaraq açıq bəyan edirik ki, televiziyada hər hansı bir dəyişiklik yoxdur. Xəzər TV əvvvəllər olduğu kimi, Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq qalaraq normal iş qrafikində öz fəaliyyətini davam etdirir".

Sevda Bayramova