Məzahir Pənahov: “Bələdiyyə ilə Milli Məclisə seçkilərin üst-üstə düşməsi...”

Məzahir Pənahov: “Bələdiyyə ilə Milli Məclisə seçkilərin üst-üstə düşməsi...”
SOSİAL

07 dekabr 2019, 21:29

Mətn ölçüsü

“Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar artıq məntəqə seçki komissiyaları fəaliyyətə başlayıb. İlk baxışdan belə görünə bilər ki, bələdiyyə seçkiləri ilə Milli Məclisə növbədənkənar seçkilərin üst-üstə düşməsi ahəngi poza bilər. Amma mən tam məsuliyyətimlə deyirəm ki, bu heç də belə deyil”.


News24.az xəbər verir ki, bunu AzTV-yə müsahibəsində  Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Bələdiyyə seçkilərinə hazırlığın gedişi ilə bağlı AzTV-yə danışan MSK sədri bildirib ki, proses yekunlaşmaq üzrədir: 

“Əksinə, bələdiyyə və parlament seçkilərinin üst-üstə düşməsi hazırlıq baxımından daha geniş imkanlar yaradır. Əvvəla, biz bələdiyyə seçkiləri ilə əlaqədar tədbirləri bütün istiqamətlərdə, demək olar ki, başa çatdırmaq ərəfəsindəyik. Biz artıq bülletenlərin çapı ilə məşğul oluruq. Yəni əsas addımların hamısı atılıb”.