"Yas mərasimləri ilə bağlı qadağalar..."- DİNİ KOMİTƏNİN SƏDRİ

"Yas mərasimləri ilə bağlı qadağalar..."- DİNİ KOMİTƏNİN SƏDRİ
SOSİAL

09 dekabr 2019, 12:21

Mətn ölçüsü

"Yas mərasimləri ilə bağlı hər hansı qadağalardan söhbət gedə bilməz".

News24.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda yas mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası zamanında fətva verib və çağırış edib ki, yas mərasimlərində dəbdəbəli vəziyyət yaradılmasın, o cümlədən israfçılığa yol verilməsin:" Bu, tövsiyə xarakterli xarakterli bir çağırışdır. İslamda yas mərasimləri mütəxəsislərin, imamlarımızın geniş açıqlamaları var. Biri var adət-ənənələr, biri var İslamdan irəli gələn vacib şərtlər. Əgər biz İslami dəyərlərə diqqət yetirsək, İslam dinindəki mərasim tamamilə başqa formada olmalıdır. Amma bizdə yas mərasimləri bəzən adət-ənənələrdən irəli gələn məsələlərdə özünü biruzə verir".

Komitə sədri onu da əlavə edib ki, yas mərasimləri ilə bağlı hər hansı bir qadağadan söhbət gedə bilməz:"Bu yalnız təbliğat, tövsiyələr yolu ilə həll edilə bilər. Bu, zamana bağlı olan məsələdir. Burada hər hansı bir müdaxilədən söhbət gedə bilməz. Bu məsələ təbliğat yolu ilə tədricən öz həllini tapacaq. İndiyə qədər verilən tövsiyələr kifayət qədər təsir göstərib, bir çox yerlərdə yas mərasimlərinin sadələşdirilməsi istiqamətində əhali özü razılığa gələrək bu addımı atıb. Bir çox kəndlərdə, rayonlarda ümumi razılıqla bu məsələləri həll ediblər. Ona görə də hesab edirəm ki, burada tövsiyələr mühüm rol oynayır".

Afaq Mirayiq