Bakıda piyadalar üçün unikal körpü tikiləcək – FOTO

Bakıda piyadalar üçün unikal körpü tikiləcək – FOTO
SOSİAL / MARAQLI / Foto

09 dekabr 2019, 14:18

Mətn ölçüsü

Bakı Ağ Şəhərdə unikal körpünün tikintisi planlaşdırılır.

News24.az-ın məlumastına görə, salınacaq yüksək səviyyəli körpü Ağ Şəhərin şimal və cənubunu Nobel prospekti üzərindən birləşdirəcək və Bakının yeni simalarından birinə çevriləcək.

Eni 7-14 metr, uzunluğu 237 metr olan körpünün üst qatı cənubda Sahilyanı kvartala, şimalda eyni zamanda "Fəvvarələr Meydanı"nın mərkəzinə, 1-ci Fəvvarələr küçəsinə, alt qatı isə Nobel prospektində yerləşən Zaman meydanına çıxacaq.

Piyadalar həmçinin körpüdə yerləşdiriləcək eskalator və liftlər vasitəsilə Ağ Şəhər metro stansiyasına rahat gediş-gəliş əldə edəcəklər.

Tikintisi planlaşdırılan körpünün fotolarını təqdim edirik.