Azərbaycan Turizm Bürosu Çində mükafatlandırıldı

Azərbaycan Turizm Bürosu Çində mükafatlandırıldı
SOSİAL

09 dekabr 2019, 16:23

Mətn ölçüsü

Azərbaycan Turizm Bürosu Çin Xalq Respublikasının Pekin şəhərində nüfuzlu “Voyage” jurnalı tərəfindən keçirilən “Voyage Night 2019” tədbirində mükafatlandırılıb.

Dövlət Turizm Agentliyindən News24.az-a verilən məlumata görə, Azərbaycan “Potensial turizm destinasiyası” kateqoriyasında birinci yer üzrə mükafata layiq görülüb.
Mükafat Azərbaycan Turizm Bürosunun Çindəki rəsmi turizm nümayəndəliyinin əməkdaşına təqdim olunub. Mükafatlandırma mərasimində 200-dən çox yerli və beynəlxalq turizm sənayesinin nümayəndəsi iştirak edib.

Dünya üzrə geniş oxucu kütləsinə malik olan “Voyage” jurnalı Çinin ən nüfuzlu turizm və səyahət dərgilərindən biridir. Jurnalın əsas oxucuları turizm sektorunun peşəkarları və aparıcı biznes adamlarıdır.

Qeyd edək ki, 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 24394 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 63.1% artım deməkdir.

Afaq Mirayiq